İngiltərənin "Fulhem" komandasında çıxış edən futbolçu Samuel Amissa ölkənin aparıcı klublarından birinə keçə bilər.
Bakıvaxtı.az "The Telegraph"a istinadən xəbər verir ki, "Arsenal", "Mançester Yunayted" və "Çelsi" müdafiəçi ilə yaxından maraqlanır.
18 yaşlı oyunçunun London təmsilçisi ilə müqaviləsinin müddəti növbəti ilin yayında başa çatır.
Qeyd edək ki, "Fulhem"in yetirməsi 2024-cü ildən əsas komandada çıxış edir.
Bakı 




