Tbilisidə Milli Urologiya Mərkəzində 23 yaşlı azərbaycanlı qız əməliyyatdan sonra ölüb.
Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Əlləzovlar ailəsi tibbi heyəti səhlənkarlıqda günahlandırır və həkimlərin məsuliyyətə cəlb edilməsini tələb edir.
Mərhumun yaxınları klinikada səs-küy yaradaraq inventara zərər vurmağa cəhd ediblər. Bu səbəbdən hadisə yerinə polis çağırılıb.
Ailə iddia edir ki, 23 yaşlı qız əməliyyatdan öncə lazımı analizləri verib və həkimlər hər hansı bir ağırlaşmanın gözlənilmədiyini bildiriblər. Lakin daşın endoskopik üsulla çıxarılması əməliyyatından bir neçə gün sonra qızın vəziyyəti ağırlaşıb və o, dünyasını dəyişib.
Klinikanın rəhbərliyindən bildirilib ki, çox nadir halda baş verən ağırlaşmanın dəqiq səbəbi hələ müəyyən edilməyib və ekspertiza təyin olunub.
Bakı 




