• Bakı 11° C

    12.2 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Subasmaya səbəb kollektorun üstündə tikilən ev imiş - Sökülməlidir

HADİSƏ

05 Aprel 2026 | 14:18

Subasmaya səbəb kollektorun üstündə tikilən ev imiş - Sökülməlidir

Məlumat verildiyi kimi, Nizami rayonu Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən bəzi evlər subasmaya məruz qalıb.

Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə subasmaya səbəb uzun illər öncə Xətai rayonu Rəşid Bağırov 36/12b ünvanında kollektorun üzərində tikilən 2 mərtəbəli ev olub.

Belə ki, kollektorun üzərində tikilmiş evin xəttin üzərinə çökməsi nəticəsində borunun bir hissəsinin tutulması ilə yağış sularının kənarlaşdırılması problemi yaranıb.

Aidiyyəti qurumların mütəxəssislərinin rəyinə görə gələcəkdə belə halların digər ərazilərdə də təkrarlanmaması üçün qanunsuz inşa edilmiş evin təcili sökülərək xəttin bərpa edilməsi zəruridir.


SON XƏBƏRLƏR

04 Aprel 2026