İsrailin "Avroviziya 2026" mahnı müsabiqəsində təqdim edəcəyi mahnı bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, müğənni Noam Bettan "Michelle" adlı bəstə ilə ölkəsini təmsil edəcək.
Mahnı zəhərli emosional çevrədən çıxmağa qərar verən bir insanın hekayəsindən bəhs edir. Mahnıda daxili inkişaf yetkinlik və keçmişi geridə qoyaraq yeni bir yola başlamaq ideyası ön plana çıxır.
"Bu mahnı ilə çox qürur duyuram. Belə bir əsəri "Avroviziya" səhnəsinə aparmaq böyük şərəfdir. Mahnı enerji və emosiyalarla doludur" deyə, Noam bildirib.
Müğənni müsabiqənin ilk yarımfinalında – 12 may tarixində səhnəyə çıxacaq və ikinci hissədə çıxış edəcək.
Xatırladaq ki, Niderland, İspaniya, İrlandiya və Sloveniya kimi ölkələr İsrailin müsabiqəyə buraxılmasına etiraz olaraq bu il yarışda iştirak etməyəcəklərini açıqlayıblar.
Qeyd edək ki, ötən il müsabiqədə 436 balla Avstriya - "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə birinci olub. "Avroviziya" müsabiqəsi 2026-cı il mayın 12, 14 və 16-da planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.
Bakı 




