• Bakı 23° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Ərdoğan Meloni ilə DANIŞDI

DÜNYA

06 Mart 2026 | 17:30

Ərdoğan Meloni ilə DANIŞDI

Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Giorgia Meloni ilə telefon danışığı aparıb.

Bakıvaxtı.az türk mediasına istinadla xəbər verir ki, danışıq zamanı Türkiyə–İtaliya ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan Türkiyə ilə İtaliya arasında, xüsusilə ticarət və müdafiə sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Liderlər bölgədə baş verən hadisələr və təhlükəsizlik məsələləri ilə bağlı sıx əlaqə saxlamaq barədə razılığa gəliblər.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyun 2026