• Bakı C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Təbiətə 1 həftədə 63 minlik ziyan vurdular 

CƏMİYYƏT

06 Mart 2026 | 18:38

Təbiətə 1 həftədə 63 minlik ziyan vurdular 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri, Qax və Samux rayonlarının ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, Səbail rayonu Teymur Elçin küçəsi 8(36) ünvanında, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsində, Sumqayıt şəhəri 48-ci məhəllə ərazisində, Qax rayonu Kiçik Alatəmir və Samux rayonu Salahlı kəndləri ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 63170 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib. 


SON XƏBƏRLƏR

06 Mart 2026