Albaniyada yeni Nazirlər Şurasının üzvləri Prezident Bayram Beqayın qarşısında and içiblər.
Bakıvaxtı.az xəbər verir ki, mərasim Prezident Sarayında keçirilib.
Mərasimdə Albana Koçiu Albaniyada Baş nazirin müavini, Ferit Hoxha Avropa və xarici işlər naziri, Besfort Lamallari daxili işlər naziri olaraq, Ermal Nufi müdafiə naziri, Toni Qoqu ədliyyə naziri, Enea Karakaçi infrastruktur və energetika naziri, Eryona İsmaili isə Parlamentlə əlaqələr üzrə dövlət naziri kimi əllərini Konstitusiyaya qoyaraq and içiblər.
Xatırladaq ki, hökumət kabinetində dəyişikliklər Baş nazir Edi Rama tərəfindən fevralın 26-da partiyanın parlament qrupunun geniş iclasında təklif olunub.
Martın 4-də Prezident Bayram Beqay kabinet dəyişiklikləri ilə bağlı fərman imzalayıb və həmin dəyişikliklər daha sonra parlament tərəfindən səs çoxluğu ilə təsdiqlənib.
MƏLUMAT YENİLƏNİR
Bakı 




