• Bakı C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Yutubda mesajlaşmaq mümkün olacaq

CƏMİYYƏT

06 Mart 2026 | 23:15

Yutubda mesajlaşmaq mümkün olacaq

Yutub platforması şəxsi mesajlaşma funksiyasını yenidən test etməyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu dəfə funksiya 31 Avropa ölkəsində istifadəçilər üçün əlçatan edilib.

Şirkət bu funksiyanı ilk dəfə 2017-ci ildə təqdim etmişdi. Lakin iki ildən sonra layihə dayandırılmışdı. 2025-ci ilin noyabrında isə şəxsi mesajlaşma funksiyası yenidən test rejimində bərpa olunaraq əvvəlcə Polşa və İrlandiyada istifadəçilərə təqdim edilib.

Hazırda isə funksiya Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka və digər Avropa ölkələrində də sınaqdan keçirilir.


SON XƏBƏRLƏR

06 Mart 2026