Türkiyənin "Gənclərbirliyi" futbol klubu baş məşqçi Levent Şahinlə yollarını ayırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ankara klubu rəsmi məlumat yayıb.
Türkiyəli mütəxəssis cəmi 18 gün əvvəl Metin Diyadini əvəzləyərək baş məşqçi təyin olunmuşdu.
Klub bəyan edib ki, Levent Şahinlə fikir ayrılıqları yarandığından qarşılıqlı şəkildə müqaviləyə xitam verilib.
Qeyd edək ki, "Gənclərbirliyi" hazırda 24 xalla Türkiyə Superliqasında 12-ci yerdə qərarlaşıb.
Bakı 




