• Bakı C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Əli Əsədov belaruslu həmkarı ilə İranın Naxçıvana hücumunu müzakirə etdi

SİYASƏT

06 Mart 2026 | 20:25

Əli Əsədov belaruslu həmkarı ilə İranın Naxçıvana hücumunu müzakirə etdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun belaruslu həmkarı Aleksandr Turçin ilə telefon danışığı baş tutub.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Nazirlər Kabinetindən məlumat verilib.

Telefon danışığı zamanı iki ölkə prezidentlərinin birgə səyləri nəticəsində müxtəlif sahələrdə Azərbaycan-Belarus çoxşaxəli tərəfdaşlığının dinamik inkişafı qeyd edilib.

Hökumət başçıları regiondakı cari vəziyyəti müzakirə ediblər. Ə.Əsədov İranın Naxçıvana pilotsuz uçuş aparatları ilə zərbələri barədə məlumat verib.

Baş nazirlər həmçinin Azərbaycan ilə Belarus arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub.


SON XƏBƏRLƏR

06 Mart 2026