• Bakı C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Ramazan ayının on yeddinci günü: İmsak və iftar vaxtı, günün duası

CƏMİYYƏT

06 Mart 2026 | 19:37

Ramazan ayının on yeddinci günü: İmsak və iftar vaxtı, günün duası

Martın 7-si Ramazan ayının on yeddinci günüdür.

Bakıvaxtı.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı Ramazan ayının təqviminə əsasən, Bakıda imsak vaxtı saat 05:40, iftar vaxtı isə saat 18:53-dür.

Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr:

Ağdam-Bərdə-Füzuli-Oğuz-Qax-Mingəçevir-Yevlax +11, Ağdaş-Ağcabədi-Beyləqan +10, Ağstafa-Babək-Culfa +18, Astara-Salyan-Şirvan-Qusar-Şabran-Xaçmaz +4, Ağdərə-Balakən-Qubadlı-Xankəndi-Xocalı-Xocavənd-Şuşa +13, Cəlilabad-Saatlı-Sabirabad-Kürdəmir-Şamaxı-İsmayıllı +6, Gəncə-Göygöl-Laçın +14, İmişli-Lerik +7, Kəlbəcər-Daşkəsən-Şəmkir-Zaqatala-Zəngilan +15, Qazax +19, Qəbələ-Göyçay-Ucar-Yardımlı +8, Lənkəran-Masallı-Biləsuvar-Quba +5, Naxçıvan-Şahbuz-Şərur +18, Neftçala-Siyəzən-Qobustan +3, Sumqayıt +1, Şəki-Tərtər-Göranboy-Cəbrayıl +12, Tovuz-Gədəbəy-Ordubad +16, Zərdab +9

Ramazan ayının on yeddinci gününün duası:

"Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin".

Tərcüməsi:

"İlahi, bu gün məni saleh əməllərə doğru yönəlt! Ehtiyac və arzularımı yerinə yetir! Ey izaha və suala ehtiyacsız, qəlblərdəkindən xəbərdar olan Allah! Məhəmmədə və pak əhli-beytinə sənin salavatın olsun"

İftardan qabaq oxunan dua:

İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət Sahibi, günahlarımı bağışla!

Qeyd edək ki, müsəlmanların müqəddəs ayının Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə düşür.

Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda Ramazan bayramı martın 20, 21-i qeyd olunacaq.


SON XƏBƏRLƏR

06 Mart 2026