• Bakı C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

"Dəf kimi"nin fəaliyyəti dayandırıldı

CƏMİYYƏT

06 Mart 2026 | 18:11

Dəf kiminin fəaliyyəti dayandırıldı

Salyan şəhərinin Ə.Qasımzadə küçəsi, ev 57 ünvanında fiziki şəxs Əhmədov Samir Zehin oğluna məxsus fərdi yaşayış sahəsində fəaliyyət göstərən "Dəf kimi" əmtəə nişanlı qənnadı məhsullarının istehsalı sexində yoxlama keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Baxış zamanı qida obyektində bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, emal sahəsində havalandırma sisteminin quraşdırılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi, xammal anbarının təşkil edilmədiyi, hazır məhsullar üçün sahənin ayrılmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı və digər tələblərin pozulduğu müəyyən edilib.


SON XƏBƏRLƏR

06 Mart 2026