• Bakı C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Pakistan səfiri Azərbaycana təşəkkür etdi 

SİYASƏT

06 Mart 2026 | 18:22

Pakistan səfiri Azərbaycana təşəkkür etdi 

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Pakistanın ölkəmizdəki səfiri "X" platformasında məlumat verib.

"Bu gün xarici işlər nazirinin müavini cənab Elnur Məmmədov ilə görüş keçirdim. Naxçıvanda həyata keçirilən pilotsuz uçuş aparatları hücumlarını Pakistanın qətiyyətlə pislədiyini bir daha vurğuladım. Pakistan Azərbaycanla tam həmrəylik içindədir.

Həmçinin İran ərazisindən Pakistan vətəndaşlarının təxliyəsi prosesində göstərilən davamlı dəstəyə görə Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkürümü bildirdim", - deyə məlumatda qeyd edilib.


SON XƏBƏRLƏR

06 Mart 2026