• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə İsraillə birbaşa toqquşa bilər? - Gülərdən AÇIQLAMA

DÜNYA

06 Mart 2026 | 13:30 | Müəllif: Subhan Mahmudov

Türkiyə İsraillə birbaşa toqquşa bilər? - Gülərdən AÇIQLAMA

İki ölkə arasındakı münasibətlərdəki gərginliyə baxmayaraq, Türkiyə ilə İsrail arasında birbaşa hərbi münaqişə ehtimalı minimaldır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər deyib.

“Zərurət yaranarsa, aidiyyəti qurumlarımız anlaşılmazlıqların, quruda təsadüfi toqquşmaların qarşısını almaq üçün koordinasiya kanallarını işə salacaqlar. Ankaranın fikrincə, İsrailin Qəzza sektorunda fəaliyyəti və qonşu ölkələrə hücumları regionda sülh və sabitliyə zərər vurur”, - o bildirib.

Gülər vurğulayıb ki, Yaxın Şərq və Aralıq dənizi bölgəsindəki gərginlik Türkiyə ilə İsrail arasındakı münasibətlərə ciddi təsir göstərib:

“Bu gərginliyin əsas səbəbləri arasında Suriyanın gələcəyi ilə bağlı fikir ayrılıqları, Şərqi Aralıq dənizinin enerji resursları, dəniz məsuliyyət zonaları ilə bağlı mübahisələr və regional ittifaqlar yer alır”./Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026