• Bakı C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Molla rejiminin sonu qaçılmazdır - AÇIQLAMA

SİYASƏT

06 Mart 2026 | 13:58

Molla rejiminin sonu qaçılmazdır - AÇIQLAMA

İranda baş verən hadisələr fonunda ölkədə siyasi sabitliyin gələcəyi və mövcud rejimin davamlılığı ilə bağlı müzakirələr genişlənib. Analitiklər hesab edirlər ki, regionda artan gərginlik və İran daxilində müşahidə olunan idarəetmə problemləri mövcud vəziyyəti daha da mürəkkəbləşdirir və ölkənin gələcək siyasi istiqaməti ilə bağlı müxtəlif ssenariləri gündəmə gətirir.

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Əziz Əlibəyli bildirib ki, hazırda İranda ciddi idarəetmə böhranı yaranıb. Ali dini liderlərə qarşı hücumlar, eləcə də elitaya bağlı şəxslərin sıradan çıxarılması bu böhranı daha da dərinləşdirir və prosesin uzun müddət davam edəcəyini göstərir. Mövcud vəziyyət İran rejiminin rəhbərlik səviyyəsində ciddi kadr problemi yaşadığını ortaya qoyur.

Əziz Əlibəyli: Yaranmış böhran sonda bu hakimiyyətin başa çatmasına gətirib çıxara bilər

Politoloqun sözlərinə görə, belə bir ehtimal da istisna edilmir ki, bu proseslər fonunda mollalar və SEPAH hakimiyyətdə qalmağa çalışa bilər. Lakin bu ehtimalın qarşısını almaq üçün müxtəlif ssenarilərin, o cümlədən etnik qrupların silahlandırılması və vətəndaş müharibəsi riskinin artırılması istiqamətində hazırlıqların aparıldığı da müşahidə olunur:

"Bütün bunları nəzərə aldıqda ilkin qənaət belədir ki, fərq etməz - proses hansı istiqamətdə inkişaf etsə də, molla rejiminin sonu qaçılmaz görünür. Çünki mövcud vəziyyətdə alternativ çıxış yolu görünmür və yaranmış böhran sonda bu hakimiyyətin başa çatmasına gətirib çıxara bilər".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR