• Bakı C

    6.33 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Metronun iş qrafikində dəyişiklik ediləcək

CƏMİYYƏT

06 Mart 2026 | 11:51

Metronun iş qrafikində dəyişiklik ediləcək

8 Mart – Beynəlxalq Qadınlar Günü və Əmək Məcəlləsinə əsasən 9 mart tarixinin qeyri-iş günü elan olunması ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC idarə heyətinin sədrinin müşaviri Emil Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, metropoliten qeyd edilən hər iki qeyri-iş günündə gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək: "28 May-Əhmədli" sahəsində gün ərzində qatarlararası intervala əsasən 2,5 dəqiqə təşkil edəcək. Martın 8-i və 9-da bütün xətlər üzrə ehtiyat qatarlar və zəruri işçi qüvvəsi ayrılacaq, nəzarət tədbirləri gücləndiriləcək.

"Bənövşəyi" xətdə, həmçinin "Həzi Aslanov-Əhmədli" və "Cəfər Cabbarlı-Xətai" mənzillərində intervallar olduğu kimi saxlanılacaq.

"Bakmil" istiqamətində və əksinə hərəkət edən sənişinlər martın 8-i və 9-da şənbə gününün qrafikindən istifadə edə bilərlər".


SON XƏBƏRLƏR