• Bakı 14° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Komando kursunun növbəti buraxılışı oldu - FOTOLAR

SİYASƏT

06 Mart 2026 | 14:16 | Müəllif: Əli Hüseynov

Komando kursunun növbəti buraxılışı oldu - FOTOLAR

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik ediblər. Qeyd olunub ki, kurs müddətində keçirilən intensiv təlimlər nəticəsində hərbi qulluqçuların peşəkarlıq səviyyəsi yüksəlib və potensial təhdidlərə qarşı istənilən şəraitdə müasir döyüş aparma üsulları mənimsənilib.

Kursu müvəffəqiyyətlə bitirən məzunlar "Komando andı"nı qəbul ediblər.

Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçib.


Komando kursunun növbəti buraxılışı oldu - FOTOLARKomando kursunun növbəti buraxılışı oldu - FOTOLARKomando kursunun növbəti buraxılışı oldu - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR