NATO Kevin Hamiltonun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə təyin olunduğunu elan edib.
Bu barədə Bakıvaxtı.az Alyansa istinadən xəbər verir.
Qeyd edilib ki, Hamilton "bu iki strateji əhəmiyyətli regionda" Alyansın siyasətinin irəliləməsinə cavabdeh olacaq.
K.Hamilton, həmçinin NATO Baş Katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti Şöbəsində tərəfdaşlıq məsələləri üzrə köməkçisinin müavini vəzifəsinə təyin edilib.
K.Hamilton bu təyinatdan əvvəl 2023-2026-cı illərdə (iqamətgahı Ankarada yerləşən-red) Kanadanın Azərbaycandakı səfiri olub. Daha əvvəl o, Rumıniya, Bolqarıstan və Moldova Respublikasında səfir (2016–2020) vəzifələrini tutub.
Bakı 




