• Bakı C

    8.01 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Rəqsanə göz yaşları tökdü: “Unutmaq mümkün deyil"

ŞOU

06 Mart 2026 | 12:39

Rəqsanə göz yaşları tökdü: “Unutmaq mümkün deyil

Müğənni həbs həyatı ilə bağlı xatirələrindən danışarkən göz yaşlarını saxlaya bilməyib.

Bakıvaxtı.az xəbər verir ki, o, bildirib ki, yaşadıqları onun üçün çox ağır olub və həmin günləri unutmaq mümkün deyil.

"Bu gün də o çətinliklərin təsirindən tam qurtula bilməmişəm. Hələ də sanki o hisslərin içində çabalayıram. Hər gecə uşaqlarıma baxanda ağlayıram və qorxuram", - deyə sənətçi qeyd edib.

Rəqsanə İsmayılova həbsxanada uzun illər qalan və övladlarını görə bilməyən insanların da olduğunu vurğulayıb. Onun sözlərinə görə, bəzi məhbusların yanına ziyarətə gələn belə olmur.

"Orada elə insanlar var ki, bir neçə dəfə həbsxanaya düşürlər. Öz-özümə deyirdim ki, insan bir dəfə belə yeri gördükdən sonra necə yenidən ora qayıda bilər? Mən əslində saxlanma məntəqəsində olmuşam, amma orada da məhbus həyatı yaşanır".

Sənətçinin bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər onun açıqlamasına müxtəlif reaksiyalar veriblər./Milli.az


SON XƏBƏRLƏR