• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

BDU-nun professoru vəfat etdi

CƏMİYYƏT

04 Fevral 2026 | 11:21

BDU-nun professoru vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının professoru Rasim Qara oğlu Məmmədov vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, R.Məmmədov 76 yaşında dünyasını dəyişib. O, 1999-2004-cü illərdə Fizika fakültəsinin dekan müavini, 2005-2012-ci illərdə dekan vəzifələrində işləyib.

2005-ci ildən Optika və molekulyar fizika kafedrasında professor vəzifəsində çalışıb.

Mərhum 1999-cu ildə “Tərəqqi”, 2019-cu ildə isə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026