• Bakı C

    17.45 m/s

  • USD - 1.7

    EUR - 2.0076

    RUB - 2.2193

Mədəniyyət Nazirliyində attestasiya məsələlərinə dair iclas keçirilib - FOTOLAR

MƏDƏNİYYƏT

04 Fevral 2026 | 09:26

Mədəniyyət Nazirliyində attestasiya məsələlərinə dair iclas keçirilib - FOTOLAR

Fevralın 3-də Mədəniyyət Nazirliyində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə musiqi və incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin attestasiyasına həsr olunmuş iclas keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, nazir Adil Kərimli bildirib ki, attestasiya müəllimlərin peşə səriştə və bacarıqlarının qiymətləndirilməsi, ixtisaslarına uyğun olaraq tutduqları vəzifələrə uyğunluğunun müəyyənləşdirilməsi məqsədi daşıyır. Qanunvericiliyin tələblərinə uyğun, şəffaflıq və obyektivlik prinsipləri əsasında təşkil edilən attestasiya prosesi cari il ərzində ölkənin bütün regionlarını əhatə etməklə yekunlaşacaq.

İclasda attestasiya komissiyalarının üzvləri və mədəniyyət xadimləri çıxış edərək prosesin əhəmiyyətini vurğulayıb və attestasiyanın uğurla başa çatacağına əminliklərini bildiriblər.


SON XƏBƏRLƏR

03 Fevral 2026