• Bakı 13° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Müştəri marketdə öldü

HADİSƏ

04 Fevral 2026 | 12:03

Müştəri marketdə öldü

Bakıda 75 yaşlı qadın marketdə vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə fevralın 3-ü saat 13 radələrində Nizami rayonu C.Naxçıvanski küçəsi 73-də yerləşən “Oba” marketdə baş verib.

Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Gülsarə İsa qızı Mirzəliyeva orada qəfil vəfat edib. Marketə müştəri qismində gələn şəxsin infarktdan öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR