• Bakı C

    17.18 m/s

  • USD - 1.7

    EUR - 2.0076

    RUB - 2.2193

Sabirabadda əməliyyat - 8 nəfər həbs edildi

HADİSƏ

04 Fevral 2026 | 10:32

Sabirabadda əməliyyat - 8 nəfər həbs edildi

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Fariz Babayev, Pərvin Fərəcov, Şakir Abasov, Ramil Məmmədov, Elnur Qənizadə, Rizvan Kərimov, Əlyar Cəbrayılov və Səfər Əlizadə saxlanılıblar.

Bakıvaxtı.az xəbər verir ki, adıçəkilən şəxslərdən külli miqdarda, metamfetamin, heroin və marixuana aşkarlanıb. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.


SON XƏBƏRLƏR

03 Fevral 2026