ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Ağ Evin rəhbərinin kürəkəni, iş adamı Cared Kuşner fevralın 4-də Əbu-Dabidə Rusiya və Ukrayna ilə keçiriləcək danışıqlarda iştirak edəcəklər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.
Onun sözlərinə görə, Uitkoff və Cared Kuşner sabah Əbu-Dabidə üçtərəfli danışıqların növbəti raundunda iştirak edəcəklər.
Livitt bildirib ki, Əbu-Dabidə üçtərəfli formatda keçirilən əvvəlki görüş mahiyyət etibarilə tarixi xarakter daşıyıb.
Bakı 




