• Bakı 13° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Külək Bakıda 37 ağacı qırdı - FOTOLAR - YENİLƏNİB

CƏMİYYƏT

04 Fevral 2026 | 12:21

Külək Bakıda 37 ağacı qırdı - FOTOLAR - YENİLƏNİB

Axşam saatlarından davam edən güclü külək nəticəsində saat 12.00-a olan məlumata əsasən Bakıda 37 ağac sınıb.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Qeyd olunub ki, həmçinin 23 ağacın budaqları qırılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları sınan ağac və qırılan budaqları götürərək ərazini təmizləyirlər.

Xatırladaq ki, qeyri-sabit hava şəraiti fevralın 7-dək davam edəcək.

***

10:46

Fevralın 3-də gecədən səhərə kimi güclü külək nəticəsində 19 ağac sınıb, 15 ağacın budaqları qırılıb.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

    Bildirilib ki, dünən axşamdan davam edən güclü küləklə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar:

    "Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülür və ərazi təmizlənir".

    ***

    08:47

    Ölkə ərazində dünəndaən başlayan güclü külək davam edir.

    Bakıvaxtı.az xəbər verir ki, külək bəzi ərazilərdə fəsadlar törədib. Belə ki, külək Bakının Cavadxan küçəsində ağacların budaqlarını qırıb.

    Metronun “Memar Əcəmi” stansiyası tərəfdə hərəkətin sıx olduğu küçədə qeydə alınan hadisə zamanı, xoşbəxtlikdən ziyan çəkən olmayıb.

    Nərgiz Məmmədli


    SON XƏBƏRLƏR