• Bakı 26° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Fələstində təxliyə prosesi dayandırıldı

DÜNYA

04 Fevral 2026 | 13:00

Fələstində təxliyə prosesi dayandırıldı

Xəstə və yaralı insanların Rəfah sərhəd keçid məntəqəsindən təxliyəsi üçüncü dəfə dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti bildirib.

Məlumata görə, təşkilatın rəsmisi Raid ən-Nims prosesin bütün texniki hazırlıqlarının tamamlandığını, lakin təxliyələrin təxirə salındığını açıqlayıb.

İsrail isə sərhədin razılaşmalara və öhdəliklərə uyğun olaraq açıldığını və Ümumdünya Səhiyyə Təşkilatının koordinasiya detalları təqdim etmədiyini iddia edib.

Qəzza sakinlərinin Rəfahdan Misirə keçidinin koordinasiya tamamlandıqdan sonra asanlaşacağı vurğulanıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyul 2026