• Bakı C

    13.62 m/s

  • USD - 1.7

    EUR - 2.012

    RUB - 2.2055

Prezidentin BƏƏ səfəri: Strateji tərəfdaşlığın yeni mərhələsi

SİYASƏT

04 Fevral 2026 | 14:15

Prezidentin BƏƏ səfəri: Strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələr son illərdə sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Bu əlaqələr iqtisadi, siyasi və mədəni sahələrdə uğurlu əməkdaşlıq nümunələri ilə zənginləşir. Prezident İlham Əliyevin BƏƏ-yə səfəri bu münasibətlərin daha da möhkəmlənməsinə, iki ölkə arasında yeni layihələrin və investisiya imkanlarının genişləndirilməsinə töhfə verir.

Səfər həmçinin göstərir ki, Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıqları gücləndirməyə, qarşılıqlı hörmət və etimada əsaslanan diplomatik əlaqələri inkişaf etdirməyə böyük önəm verir.

Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının gələcəkdə regionda iqtisadi və siyasi əməkdaşlığa hansı töhfələri ola bilər və bu əlaqələr digər regional oyunçulara necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Fatma Yıldırım deyib ki, İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri Azərbaycan-BƏƏ münasibətlərinin inkişafında mühüm siyasi mərhələ kimi qiymətləndirilir: 

"Bu səfər bir daha göstərir ki, Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq, uzunmüddətli əməkdaşlıq və qarşılıqlı maraqlar prinsiplərinə sadiq qalır".

Onun sözlərinə görə, Azərbaycan və BƏƏ arasındakı əlaqələr qarşılıqlı hörmət, etimad və dövlətlərin suverenliyinə hörmət üzərində qurulub:

"Bu münasibətlər həm diplomatik sahədə, həm də iqtisadiyyat, investisiya, enerji, bərpa olunan enerji, nəqliyyat-logistika, humanitar və mədəni sahələrdə sürətlə inkişaf edir. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti sayəsində Azərbaycan–BƏƏ münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb".

Fatma Yıldırım: Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq, qarşılıqlı maraqlar prinsiplərinə sadiq qalır

Həmsöhbətimiz söyləyib ki, eyni zamanda, Azərbaycan–BƏƏ parlamentlərarası dostluq qrupu üzvü olaraq vurğulayıb ki, parlamentlərarası əməkdaşlıq da ölkələrimiz arasındakı münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır: 

"Qarşılıqlı səfərlər, təcrübə və fikir mübadiləsi, beynəlxalq parlament platformalarında koordinasiyalı fəaliyyət iki ölkə arasında siyasi etimadın güclənməsinə və dövlətlərarası əlaqələrin dərinləşməsinə real töhfə verir. Parlament diplomatiyası bu strateji münasibətlərin dayanıqlı və uzunmüddətli olmasına xidmət edən əsas mexanizmdir".

Sonda Fatma Yıldırım söyləyib ki, Azərbaycan və BƏƏ arasında münasibətlər yeni bir inkişaf mərhələsinə qədəm qoyub:

"İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu möhkəm siyasi xətt qarşıdakı illərdə də dost ölkə ilə strateji tərəfdaşlığın genişlənməsinə, əməkdaşlığın yeni sahələrdə dərinləşməsinə və hər iki dövlətin milli maraqlarına xidmət edən davamlı nəticələrin əldə olunmasına imkan yaradacaq".

Əli Hüseynov


SON XƏBƏRLƏR