• Bakı C

    17.18 m/s

  • USD - 1.7

    EUR - 2.0076

    RUB - 2.2193

Daha bir sexdə nöqsanlar aşkarlandı - FOTO

CƏMİYYƏT

04 Fevral 2026 | 11:04

Daha bir sexdə nöqsanlar aşkarlandı - FOTO

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göygöl rayonunun Quşqara kəndində fəaliyyət göstərən, “Okeanus” MMC-yə məxsus hisə verilmiş balıqların istehsalı sexində yoxlama keçirib.

Agentlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, istehsal obyekti qida təhlükəsizliyi sahəsində təsdiq olunmadan qanunsuz fəaliyyət göstərir. Həmçinin obyektdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyət tələblərə cavab vermir.

Baxış zamanı məhsulların çeşidlənməsi, qurudulması və paketlənməsi üçün sahələrin təşkil edilmədiyi, işçi masaların korroziyaya davamlı materialdan təşkil olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, suyun filtrdən keçirilmədən istehsala verildiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək istehsal sexinə məhdudiyyət tətbiq edilib, icrası məcburi göstərişlər verilib.


SON XƏBƏRLƏR

03 Fevral 2026