• Bakı 13° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Futbolçunu bıçaqlayan şəxs tutuldu - YENİLƏNİB

HADİSƏ

04 Fevral 2026 | 09:41

Futbolçunu bıçaqlayan şəxs tutuldu - YENİLƏNİB

Futbolçunu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində V. Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırmalar davam etdirilir.

***

09:22

Ötən gün Gəncə şəhərində "Kəpəz" komandasının futbolçusunun bıçaqlanmasına ilə bağlı cinayət işi açılıb.

Bakıvaxtı.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Məmmədov Nihad Əhliman oğlu aralarında yaranmış mübahisə zamanı 2002-ci il təvəllüdlü Rzayev Veysəl Mehman oğluna kəsici alətlə bir dəfə zərbə vurub.

V.Rzayev xəstəxanaya yerləşdirilib.


SON XƏBƏRLƏR