• Bakı C

    13.62 m/s

  • USD - 1.7

    EUR - 2.012

    RUB - 2.2055

Şəhid Rəşad Atakişiyevin xanımı bu sözlərə görə onu məhkəməyə verdi

CƏMİYYƏT

04 Fevral 2026 | 13:51

Şəhid Rəşad Atakişiyevin xanımı bu sözlərə görə onu məhkəməyə verdi

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Könül Hüseynova Gəncə şəhəri, F.Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi Günay Məmmədovanı xüsusi ittiham qaydasında məhkəməyə verib.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, buna G.Məmmədovanın “TikTok”da K.Hüseynova barədə səsləndirdiyi fikirlər səbəb olub.

Könül Hüseynova iddia ərizəsində qeyd edib ki, Günay Məmmədova bütün ölkə üzrə musiqi və incəsənət məktəblərində keçiriləcək attestasiya imtahanlarını ictimai müzakirəyə çıxararaq, etdiyi canlı yayımlarda haqqında yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələməyə və nalayiq formada qəsdən alçaltmağa, onu cəmiyyətdə nüfuzdan salmağa yönəlik şər-böhtan və təhqir xarakterli məlumatlar paylaşıb.

G.Məmmədovanın paylaşımlarında Könül Hüseynovanı həyat yoldaşı şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasından sonra onun adından istifadə etməkdə də ittiham edib.

Ekspertizaya təqdim edilmiş videolarda şərəf və ləyaqəti ləkələyən məlumatlar təsdiqini tapıb. Məhkəmə sonda qərar verib. Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilən Günay Məmmədova amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, Könül Hüseynova tanınmış politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynlinin qızıdır.


SON XƏBƏRLƏR