• Bakı C

    13.62 m/s

  • USD - 1.7

    EUR - 2.012

    RUB - 2.2055

Azərbaycan böyük logistik mərkəzə çevrilir - AÇIQLAMA

İQTİSADİYYAT

04 Fevral 2026 | 14:09

Azərbaycan böyük logistik mərkəzə çevrilir - AÇIQLAMA

Bakı həm Türkiyə, həm də Orta Asiya dövlətləri ilə yeni əməkdaşlıq paketləri üzərində işləyir. Enerji və nəqliyyat layihələri ölkənin strateji rolunu artırır və Azərbaycanın regional proseslərdə mövqeyini daha da möhkəmləndirir. Bu layihələr regionlararası əlaqələrin genişlənməsinə və alternativ nəqliyyat marşrutlarının formalaşmasına xidmət edir.

Azərbaycanın artan regional təsiri Cənubi Qafqazda yeni əməkdaşlıq formatlarının yaranmasına zəmin yaradır. Mövcud geosiyasi proseslər fonunda regionda marağı olan böyük güclər bu dəyişiklikləri diqqətlə izləyir. Formalaşan yeni reallıqlar onların bölgəyə dair siyasət və yanaşmalarına müəyyən düzəlişlər etməsini zəruri edə bilər.

Bütün bunlar Cənubi Qafqazın siyasətini necə dəyişə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadi ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan böyük logistik haba çevrilməkdədir və bu istiqamətdə çoxsaylı işlər görülüb.

Onun sözlərinə görə, zamanında da bu sahədə mühüm addımlar atılıb:

“Hətta layihələr hələ müzakirə mərhələsində olarkən belə Azərbaycan artıq konkret işlər həyata keçirirdi. Buna nümunə olaraq Bakı limanının yenidən qurulmasını göstərmək olar ki, bu da logistika sahəsində atılan əsas addımlardan biridir”.

Natiq Cəfərli: Bakı limanının yenidən qurulması logistika sahəsində atılan əsas addımlardan biridir

N.Cəfərli vurğulayıb ki, eyni zamanda Azərbaycan enerji sahəsində də mühüm rol oynayaraq həm yük daşımalarında, həm də regional hab funksiyasını yerinə yetirir. Bu habın gələcəkdə strateji baxımdan çox ciddi əhəmiyyəti olacaq”.

Aynur Babazadə


SON XƏBƏRLƏR