• Bakı 25° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

ABŞ-İran danışıqları Omanda keçirilə bilər

DÜNYA

04 Fevral 2026 | 08:14 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ-İran danışıqları Omanda keçirilə bilər

Amerika Birləşmiş Ştatları ilə İran arasında danışıqlar ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, ABŞ administrasiyası İranla danışıqların Omanda keçirilməsinə razılıq verib.

Tərəfləri danışıqlarda ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkov və İranın xarici işlər naziri Abbas Əraqçi təmsil edəcək.

İran tərəfi regional məsələlərin müzakirə olunmasını istəmədiyini, görüşdə yalnız nüvə məsələlərinin müzakirə olunacağını bildirib.

Ağ Ev görüşün həftənin sonuna yaxın baş tutacağını, İran Xarici İşlər Nazirliyi isə yerin və tarixin qısa müddətdə dəqiqləşdiriləcəyini bildirib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026