Xətaidə bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə fevralın 2-də saat 23 radələrində qeydə alınıb.
Belə ki, 02.08.2003-cü il təvəllüdlü Məmmədov Elvin Elman oğlu Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 21A ünvanının yaxınlığında tanışı 13.06.2003-cü il təvəllüdlü Şıxəliyev Asəf Cavid oğlu ilə aralarında mübahisə yaranıb.
Mübahisə zamanı E.Məmmədov A.Şıxəliyevə daxilə nüfuz etməklə qarnın ön nahiyəsi və sol qolunun altı nahiyəsindən iki ədəd bıçaq zərbəsi vuraraq qəsdən sağlamlığına ağır xəsarət yetirib.
Faktla bağlı Xətai RPİ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. 03.02.2026-cı il tarixdə Məmmədov Elvin Elman oğlu şübhəli şəxs qismində tutulmuşdur.
Bakı 




