Yeni Konstitusiya idarəetmə formasının dəyişməsini nəzərdə tutmur, Ermənistan parlament respublikası olaraq qalacaq.
Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ədliyyə naziri Srbui Qalyan jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, yeni konstitusiya üzrə referendum üçün dəqiq vaxt hələ müəyyən edilməyib.
O qeyd edib ki, referendum iyun ayında keçiriləcək parlament seçkilərindən sonra baş tutacaq.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu günün reallıqlarının yeni Konstitusiyanın qəbul edilməsini tələb etdiyini bildirib.
Bakı 




