• Bakı C

    17.45 m/s

  • USD - 1.7

    EUR - 2.0076

    RUB - 2.2193

Braziliyada avtobus qəzası: 16 nəfər həlak oldu

DÜNYA

04 Fevral 2026 | 09:45

Braziliyada avtobus qəzası: 16 nəfər həlak oldu

Braziliyanın Alaqoas ştatında Seara ştatından qayıdan sərnişin avtobusu AL-220 magistralında aşıb.

Bakıvaxtı.az xarici mətbauta istinadla xəbər verir ki, qəza nəticəsində dördü uşaq olmaqla 16 nəfər həlak olub, 44 nəfər isə yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib və bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə ilə bağlı səbəblərin müəyyən edilməsi üçün araşdırma başlanılıb.

Alaqoas ştatının qubernatoru Paulo Dantas bölgədə üç günlük rəsmi matəm elan edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

03 Fevral 2026