Belarus prezidenti Aleksandr Lukaşenko istefa verməyə hazır olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ-nin "Newsmax" telekanalına müsahibəsində o, özünü “vəzifədən gedən prezident” adlandıraraq problemləri yeni nəsillərə ötürmək istəmədiyini deyib.
Lukaşenkonun sözlərinə görə, məqsədi Minsk və Vaşinqton arasında münasibətləri yaxşılaşdırmaqdır. O, ABŞ prezidenti Donald Trampı 2020-ci ildə Belarusda baş verən hökumət əleyhinə etirazlarla bağlı yaranan fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb.
“Bizim nəslin öz problemləri var və onları da biz həll etməliyik”, – deyə Belarus lideri vurğulayıb.
Qeyd edək ki, Lukaşenko may ayında hakimiyyətdə bir qədər çox qaldığını etiraf edib, avqustda isə növbəti prezident seçkilərində namizəd olmayacağını açıqlayıb. O, 1994-cü ildən Belarusun prezidentidir./News24.az
Bakı 




