“Bu gün biz Gürcüstanda hökuməti deyil, onun xalqını dəstəkləyirik”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə keçirilən Aİ liderlərinin sammiti öncəsi jurnalistlərə açıqlamasında deyib.
Kallas bildirib ki, Gürcüstan hökuməti ölkəni Aİ-dən uzaqlaşdırmaqla yanlış istiqamətdə aparır.
“Buna görə də biz gürcü xalqına qətiyyətlə bəyan edirik ki, biz onlarlayıq. Lakin hökumət yanlış addımlar atdığı müddətcə biz Gürcüstanın namizəd ölkə statusu alması prosesində irəliləyə bilməyəcəyik”, - Kallas əlavə edib.
Bakı 




