• Bakı C

    7.02 m/s

  • USD - 1.7

    EUR - 1.9964

    RUB - 2.1129

Merkosur sazişinin imzalanması zəruridir

DÜNYA

18 Dekabr 2025 | 16:45

Merkosur sazişinin imzalanması zəruridir

Avropa İttifaqının (Aİ) iqlim məsələləri üzrə komissarı Vopke Hoekstra Merkosur ticarət sazişinin imzalanmasını “zəruri” adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "Euronews"a müsahibəsində deyib.

Komissarın sözlərinə görə, razılaşma həm Avropa ölkələri, həm də Latın Amerikası üçün faydalıdır.

Qeyd edilib ki, 20 ildən artıqdır müzakirə olunan saziş həlledici mərhələyə daxil olsa da, Aİ daxilində siyasi fikir ayrılıqları prosesi risk altına salır. Fransa və İtaliya səsvermənin təxirə salınmasını tələb edir. Paris sazişin fermerləri qorumaq baxımından yetərli olmadığını bildirir, Roma isə imzalanmanın tez olduğunu düşünür.

Avropa Komissiyası və Almaniya, İspaniya kimi ölkələr isə razılaşmanın təsdiqlənməsini yeni ixrac bazarları baxımından vacib sayır. Razılaşmanın taleyi yaxın günlərdə keçiriləcək Aİ Şurası çərçivəsində həll oluna bilər.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR