Finlandiya Müdafiə Nazirliyi Polşa və Niderlandla birgə SAR kəşfiyyat peyklərindən istifadə etməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Antti Hakkanen bildirib.
O qeyd edib: "İndi vacib müttəfiqlərimizlə birlikdə kosmik imkanların inkişafı istiqamətində daha konkret addımlar atırıq. Finlandiyanın peykləri və yüksək texnologiyalı təcrübəsi bu sahədə davamlı əməkdaşlıq üçün əla zəmin yaradır".
"Məqsəd peyklərdən istifadənin inkişaf etdirilməsinə və ölkələrin müşahidə və kəşfiyyat sahəsindəki imkanlarının artırılmasına yönəlmiş tədbirlərə başlamaqdır", - bəyanatda deyilir.
Finlandiya digər tərəfdaş ölkələrin də əməkdaşlığa qoşulacağını gözləyir.
Zeynəb Rzayeva
Bakı 




