• Bakı C

    7.33 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

Bu dövlət qurumları BİRLƏŞDİ - SƏBƏB

SİYASƏT

18 Dekabr 2025 | 10:09

Bu dövlət qurumları BİRLƏŞDİ - SƏBƏB

Naxçıvanda bir sıra qurumlar birləşib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Naxçıvan Telekom” MMC və “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxs birləşdirilməklə onların əsasında Nazirliyin tabeliyində “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC yaradılıb.

“Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi MR Nazirlər Kabinetinə və MR İqtisadiyyat Nazirliyinə həvalə edilib.

MMC dövlət qeydiyyatına alınanadək qurumlar əvvəlki qaydada fəaliyyətlərini davam etdirirlər, işçilərin əməkhaqqı sistemi və qulluq funksiyaları olduğu kimi saxlanılacaq.


SON XƏBƏRLƏR

17 Dekabr 2025