• Bakı C

    7.33 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

BP-nin Baş icraçı direktoru dəyişir

CƏMİYYƏT

18 Dekabr 2025 | 10:45

BP-nin Baş icraçı direktoru dəyişir

Gələn il aprelin 1-dən Böyük Britaniyanın BP şirkətinin Baş icraçı direktoru (CEO) hazırda "Avstraliya Woodside Energy"yə rəhbərlik edən Meq O`Nil (Meg O"Neill) olacaq.

Bakıvaxtı.az BP-yə istinadən xəbər verir ki, Myurrey Okinkloss bu gündən CEO və şirkətin direktorlar şurasının sədri vəzifəsini tərk etmək qərarına gəlib.

O`Nil vəzifəyə başlayana qədər CEO vəzifəsini müvəqqəti olaraq "Supply, Trading & Shipping" istiqamətinə rəhbərlik edən BP-nin vitse-prezidenti Kerol Houl icra edəcək.

M.Okinkloss öz növbəsində "sərbəst keçid dövrünü təmin etmək üçün" 2026-cı ilin dekabrına qədər BP-də məsləhətçi kimi qalacaq.

55 yaşlı O`Nil 2021-ci ildən "Woodside Energy"yə rəhbərlik edir.


SON XƏBƏRLƏR

17 Dekabr 2025