• Bakı C

    7.33 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

Ləmanın vəziyyəti AÇIQLANIB

CƏMİYYƏT

18 Dekabr 2025 | 10:26

Ləmanın vəziyyəti AÇIQLANIB

Yasamalda baş vermiş yanğında ağır xəsarət alan Ləman Qulamovanın müalicəsi Yeni Klinikada davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yeni Klinikadan məlumat verilib.

Bildirilib ki, Ləman Qulamovanın vəziyyəti eynidir:

“2000-ci il təvəllüdlü (qadın) şəxsin Yeni Klinikanın Terapiya şöbəsində müalicəsi davam etdirilir. Pasiyentin vəziyyəti stabil orta ağır olaraq qiymətləndirilir. Xəstənin pulmonoloji və qastroenteroloji müalicə tədbirləri planlı şəkildə davam etdirilir”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

17 Dekabr 2025