• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ABŞ Çini qəzəbləndirdi
 

DÜNYA

18 Dekabr 2025 | 15:37

ABŞ Çini qəzəbləndirdi

ABŞ-ın Tayvana iri həcmli silah satışı Pekinin kəskin etirazına səbəb olub. Çin bu addımın ölkənin suverenliyinə və təhlükəsizliyinə ciddi zərər vurduğunu bildirib və Vaşinqtonu beynəlxalq öhdəlikləri pozmaqda ittiham edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Szyakun deyib.

Diplomat bildirib ki, ABŞ-ın Tayvana müasir silahların satışını açıq şəkildə təsdiqləməsi “vahid Çin” prinsipinin və üç Çin–ABŞ birgə kommunikesinin müddəalarının kobud şəkildə pozulmasıdır. Onun sözlərinə görə, bu qərar Çinin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid altına qoyur.

O vurğulayıb ki, Pekin milli maraqlarını qorumaq üçün “qətiyyətli və təsirli tədbirlər” görəcək./Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026