• Bakı C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 1.9964

    RUB - 2.1129

“Barselona”nın futbolçusu və arvadı öldürüldü

İDMAN

18 Dekabr 2025 | 12:58

“Barselona”nın futbolçusu və arvadı öldürüldü

Ekvadorun “Barselona” klubunun müdafiəçisi Mario Pineyda silahlı hücum nəticəsində öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində futbolçunun həyat yoldaşı həlak olub, anası isə xəsarət alıb.

Qeyd edək ki, Mario Pineyda 2016-cı ildən “Barselona”da çıxış edirdi. O, bu komandanın heyətində iki dəfə Ekvador çempionu olub, həmçinin ölkə kubokunu qazanıb. Futbolçu karyerası ərzində Ekvadorun “İndependyente del Valye”, “Nasyonal”, Braziliyanın isə “Fluminense” klublarının formasını geyinib./Axar.az


SON XƏBƏRLƏR