• Bakı C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 1.9964

    RUB - 2.1129

"Donbasdan çıxmaq qəbuledilməzdir"

DÜNYA

18 Dekabr 2025 | 13:06

Donbasdan çıxmaq qəbuledilməzdir

"ABŞ Donbasla bağlı kompromis axtarır".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski bildirib.

O deyib ki, Ukrayna ordusunun Donbasdan çıxması rusların əsas şərtidir, lakin Ukrayna üçün belə bir tələb qəbuledilməzdir, buna görə ABŞ hər iki tərəf üçün kompromis variant axtarır.

Prezident qeyd edib ki, Ukrayna nümayəndə heyəti artıq ABŞ yolundadır, avropalıların danışıqlara qoşulacağı da mümkündür.

Zelenski diqqətə çatdırıb ki, Ukrayna ordusunun sayı ən azı 800 min olmalıdır: “Ukrayna ordusunun silahlanması və gücləndirilməsi məsələsi müzakirə olunur”.

Hazırda rusların sülh sazişindən imtina etdiyinə dair heç bir əlamətin olmadığını deyən Ukrayna Prezidentinin sözlərinə görə, amerikalılar deyir ki, Putin müharibənin bitməsinə hazırdır.

Zelenski Putinin son açıqlamalarına da münasibət bildirib. O qeyd edib ki, Putinin son açıqlamaları Rusiya Federasiyasının müharibəni davam etdirmək niyyətində olduğunu göstərir: “Əgər Putin “diplomatik dalğanı” ləngitsə, ABŞ Rusiya Federasiyasına təzyiq göstərəcək”.

O əlavə edib ki, istənilən müharibə danışıqlarla başa çatır və bunun mümkün qədər tez baş verməsi Ukrayna üçün vacibdir./APA 
 


SON XƏBƏRLƏR