• Bakı C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 1.9964

    RUB - 2.1129

Azərbaycanın qələbəsi Ermənistan siyasətini də dəyişdi

SİYASƏT

18 Dekabr 2025 | 15:17

Azərbaycanın qələbəsi Ermənistan siyasətini də dəyişdi

"Ermənistanda hələlik Nikol Paşinyanı əvəz edə biləcək güclü qüvvə, fiqur yoxdur. Əgər olsaydı, 2021-ci ilin növbədənkənar seçkilərində Paşinyan yenidən qalib olmazdı".

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.

Deputat 2021-ci il seçki ərəfəsində Robert Köçəryanın Moskvaya qəfil səfər etdiyini xatırladaraq, bildirib ki, o, prezident Vladimir Putinlə görüşüb dərhal sonra Rusiyanın birinci kanalına müsahibə vermişdi:

“O, seçkilərə qatılacağını, hakimiyyətə iddialı olduğunu demişdi. Təqribən bir həftə sonra Nikol Paşinyan da Moskvaya səfər edərək Putinlə bir araya gəlmişdi. Görünür, həmin dövrdə Paşinyan Kremlin müəyyən şərtlərini qəbul etməyə razılıq verib. Amma Paşinyan İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə rəğmən, seçkidə böyük səslə qalib gəldi. Bu, əslində nonsens idi. Çünki Ermənistan cəmiyyəti xəstə təfəkkürlü idi və illər boyu terrorçu hakimiyyətlər tərəfindən zəhərlənmişdilər. Bütün bunların fonunda Paşinyan növbədənkənar seçkilərdə yüksək nəticə göstərdi”.

Müsahibimizə görə, indi Paşinyan fərqindədir ki, Rusiyanın seçkilərə təsirləri qaçılmazdır. Moskva bacardığı qədər Ermənistandakı seçkilərdə öz əlaltılarını dəstəkləyəcək. Ancaq Rusiyanın dəstəklədiyi qüvvələr 2021-ci ildən nəinki güclü səviyyədə deyillər, əksinə nüfuz baxımından daha aşağıdırlar.

Arzuxan Əlizadə: Ermənistanda hələlik Nikol Paşinyanı əvəz edə biləcək güclü qüvvə, fiqur yoxdur

Əlizadə qeyd edib ki, Paşinyan ötən müddət ərzində siyasi rəqiblərini ifşa edib, gözdən salıb, onları zərərsizləşdirib:

"Rusiyanın da yeni siyasi fiqur tapmaq imkanları məhduddur. Söhbət artıq sadəcə Paşinyandan da getmir. Erməni cəmiyyətinin proseslərə baxışı, yanaşması dəyişməkdədir. Bu dəyişikliyi yaradan isə Azərbaycandır. Yəni Azərbaycanın 44 günlük müharibədə qələbəsi, torpaqlarını işğaldan azad edərək yeni reallıqlar yaratması erməni toplumunu da ayıltdı, yuxudan oyatdı. Artıq erməni ictimaiyyəti miflərə, uydurmalara inanmır və növbəti müharibə istəmir. Paşinyana qarşı qüvvələr isə faktiki olaraq revanşistlərdən ibarətdir. Baş nazir isə obrazlı desək, "sülh partiyası"na rəhbərlik edir. Oan görə də Paşinyana dəstək çoxdur".

Aydın Baxış


SON XƏBƏRLƏR