• Bakı C

    7.02 m/s

  • USD - 1.7

    EUR - 1.9964

    RUB - 2.1129

Ukrayna dronları yüz milyonluq hərbi texnikanı sıradan çıxardı

DÜNYA

18 Dekabr 2025 | 16:34

Ukrayna dronları yüz milyonluq hərbi texnikanı sıradan çıxardı

Ukrayna Krımdakı Belbek hərbi aerodromuna zərbə endirib. Ukrayna ordusu uzaqmənzilli pilotsuz uçuş aparatları vasitəsilə Rusiyanın Miq-31 təyyarəsini və bir neçə hava hücumundan müdafiə sistemini (HHM) sıradan çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik Xidməti “Telegram” kanalında məlumat yayıb.

Eyni zamanda, Ukrayna ordusu Miq-31 təyyarəsini, 2 ədəd “Nebo-SVU” uzaq radar kompleksini, S-400 HHM-nin radar kompleksini, və “Pansir-S2” HHM sistemini sıradan çıxarıb.

Məlumata görə, məhv edilən hədəflər sırasında Miq-31 təyyarəsindən başqa 2 ədəd “Nebo-SVU” uzaq radar kompleksi, S-400 HHM-nin radar kompleksi və “Pansir-S2” HHM sistemi var.


SON XƏBƏRLƏR