İraqın Kərkük şəhərində dekabrın 9-dan başlayan güclü yağışların yaratdığı daşqınlar nəticəsində 300 ailə evindən didərgin düşüb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Kərkükdəki Leylan rayonunun rəhbəri Məhəmməd Veyisin sözlərinə görə, Leylan rayonu ilə Yəhyava və Yarımca kəndləri daşqınlardan ən çox zərər görən ərazilərdir və yüzlərlə ev, məktəb və səhiyyə mərkəzi yararsız hala düşüb.
Yerli hakimiyyət köçkün ailələrə təcili yardım göstərildiyini, lakin kəndlərin yenidən qurulması üçün əlavə dəstəyə ehtiyac olduğunu bildirib.
Qeyd edək ki, İraqda günlərlə davam edən güclü yağışlar və daşqınlar nəticəsində biri uşaq olmaqla beş nəfər həyatını itirib.
Əli Hüseynov
Bakı 



