• Bakı C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 1.9964

    RUB - 2.1129

Bir milyonluq dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxundu

CƏMİYYƏT

18 Dekabr 2025 | 15:56

Bir milyonluq dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxundu

Bakıda 14 nəfərə qarşı bir milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Kamil Habilli və Fərid Calalovun cinayət işi üzrə məhkəmə keçirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, hər iki təqsirləndirilən şəxs 7 il 11 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Dövlət ittihamçısı ötən prosesdə təqsirləndirilənlərin 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Kamil Habilli və Fərid Cəlalova qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb. İttihama görə, onlar özlərini "Kasko sığorta" şirkətinin əməkdaşı kimi təqdim edərək avtomobil satmaq adı ilə 14 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluq ediblər.


SON XƏBƏRLƏR