Xəbər verdiyimiz kimi, ötən gün Ağdamda sahədə soğan əkən traktorçu minaya düşüb. Hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib. Belə ki, kənd sakini Məlik Məmmədov traktorla çalışarkən minaya düşüb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Ağdam Rayon Mərkəzi Xəstəxanasından Bakıvaxtı.az-a verilən məlumata görə, şəxsə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin termiki yanığı, sol said nahiyəsinin açıq yarası diaqnozları təyin olunub:
17.12.2025-ci il tarixində saat 22:40 radələrində 1 nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1982-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin termiki yanığı, sol said nahiyəsinin açıq yarası diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
İxtisaslı tibbi xidmətin göstərilməsi üçün pasiyent saat 23:30 radələrində Mingəçevir şəhərində özəl tibb müəssisəsinə təxliyə olunub.
Bakı 




